SON XƏBƏRLƏR

İranın Dəmavənd şəhərində gecə ziyafətinə qatılan daha 22 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranın Dəmavənd şəhərində gecə ziyafətinə qatılan daha 22 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: Tehran əyalətinin Dəmavənd şəhərində gənc qız və oğlanların birgə qatıldığı gecə ziyafətində daha 22 nəfər həbs edilib.

 

 Bu barədə, Dəmavənd prokuroru Həsən İbrahimi Besabi sentyabrın 5-də jurnalistlərə açıqlama verib.

 

Prokuror deyib ki, həbs edilənlərdən 13-ü kişi, 9-u isə qadındır: “Polis əməkdaşları Dəmavənd şəhərindəki villalardan birində bir yerdə ziyafət keçirən həmin kişi və qadınları içkili vəziyyətdə şənlik edərkən tutublar. Həmin şəxslər yerli dindar əhalinin və məhərrəmlik əzadarlarının etirazından sonra həbs edilərək polis bölməsinə aparılıblar.

 

Tutulanların avtomobilləri və villadakı spirtli içkilər polis əməkdaşları tərəfindən müsadirə edilib, villaya həbs qoyularaq, sahibi məsuliyyətə cəlb edilib” –deyə Dəmavənd prokuroru Həsən İbrahimi Besabi əlavə edib.

 

Dəmavənd prokuroru Həsən İbrahimi Besabi

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, ziyafət və banketlərə, eləcə də ad günü mərasimlərinə hücumunda ən azı 2007 qız və oğlan həbs edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar