SON XƏBƏRLƏR

İranın dəstəklədiyi “Həşdəş-Şəbi”yə qarşı yeni hücum- Çoxlu sayda ölən və yaralanan var

2021.10.20, 07:36
İranın dəstəklədiyi “Həşdəş-Şəbi”yə qarşı yeni hücum- Çoxlu sayda ölən və yaralanan var

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında İranın dəstəklədiyi “Həşdəş-Şəbi” yaraqlı qruplaşmasının Suriyanın Əbu Kamal əyalətində yerləşən qərargahında 3 güclü partlayış baş verib.

 

İraqın Əl-Qaim rayonu yaxınlığında yerləşən Əbu Kamalda həyata keçirilmiş bu hücumlarda təkcə hədəf “Həşdəş-Şəbi” qərargahı olmayıb. “Əl-Abdal”, “Heydəriyyun” və İraq “Hizbullah”ının yaraqlıları da hücuma məruz qalıb və nəticədə qruplaşmaların onlarla yaraqlısı həlak olub və ya yaralanıb.

 

Suriyanın İnsan Haqları Təşkilatı bildirir ki, bu partlayışlar naməlum döyüş təyyarəsinin bombardımanı nəticəsində meydana gəlib.

 

Qeyd etmək lazımdır ki, İran Suriyanın Əbu Kamal əyalətində “Həşdəş-Şəbi”, Livan və İraq Hizbullahları, “Zeynəbiyyun”, “Fatimiyyun” və digər bu kimi “Sepah” terror təşkilatının nəzarətində olan yaraqlı qruplaşmalar yerləşdirib.

 

Təqribən 2 aydır ki, “Həşdəş-Şəbi” başda olmaqla, regionda İranın dəstəklədiyi bir çox qruplaşmalar, eləcə də “Sepah”ın “Qüds Briqadası” hava hücumlarına məruz qalır. İsrail bu hücumların bir çoxunu bu ölkənin Hərbi Hava Qüvvələrinin həyata keçirdiyini rəsmən bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar