İranın "diplomat-casusu" məhkəmədə iştirakdan imtina edib

2020-11-27 17:48

İran kəşfiyyat agentinin Belçikadakı mühakiməsi dövlət terrorizmi mühakiməsi adlandırıldı.

Gunaz.tv Quote | Gunaz article

Fransa xəbər agenliyinin verdiyi məlumata görə, İranlı "diplomat-casus" Əsədullah Əsədi bu gün Belçikanın “Antorp” şəhər məhkəməsində başlayan məhkəmə prosesinə qatılmaqdan imtina edib.


İlk dəfədir ki, İran hökumətinin bir məmuru Avropada Tehran hökumətinin əmri ilə terror aktı təşkil və onda iştirak etmək ittihamı ilə mühakimə olunur.

 

Xüsusi iddiaçıların vəkillərindən biri Əsədullah Əsədinin məhkəməsini "İranın dövlət terrorizmi"nin mühakiməsi kimi qiymətləndirib.

 

Qeyd edək ki, Belçika prokurorları, Viyanada qərarlaşan diplomat “Əsədullah Əsədi”ni və digər üç nəfəri mərkəzi qərargahı Parisdə yerləşən Milli Müqavimət Şurasının toplantısına hücum planı hazırlamaqda günahlandırıb. Bu toplantıda əsas məruzəçi prezident Donald Trampın vəkili Rudi Culiyani idi.
 
Əsədi İranın Viyanadakı səfirliyinin üçüncü konsulu idi. Fransa rəsmiləri onun Cənubi Avropada kəşfiyyat məsulu olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini söyləyirlər.
 
“Associated Press”, Belçika kəşfiyyat və təhlükəsizlik agentliyinə istinadən Əsədullah Əsədinin İran rəsmilərinin əmri ilə hərəkət etdiyini və Avropaya partlayıcı maddələr gətirdiyini bildirib.
 
30 iyun 2018-ci il tarixində Belçika polisi, “Mucahidin Xalq”ın illik toplantısına ola biləcək hücum ilə əlaqədar şübhəli bir cütlüyün Mercedes avtomobilini saxladı. Məmurlar avtomobildə olan bir çamadanın içərisində 550 qram qeyri-sabit TİTP tipli partlayıcı maddə (aseton peroksid) və bir patladııcı başlıq aşkar etdilər. Belçikadakı “bomba zərərsizləşdirmə bölməsi” hesabatında cihazın peşəkar keyfiyyətdə olduğunu söylədi.
 
“Aseton peroksid”, son illərdə Avropada bir sıra hücumlarda, o cümlədən 2016-cı ildə Brüssel metrosunda və hava limanında 32 nəfərin ölümü ilə nəticələnən intihar bombasında istifadə olunub. Bu bombanın Parisin kənarında təxminən 25.000 nəfərlik izdihamın ortasında partlaması böyük faciəyə səbəb ola bilərdi.
 
Müstəntiqlərə görə, İranın Viyanadakı səfirliyinin üçüncü konsulu Belçikanın Antorp şəhərində yaşayan Belçika-İranlı cütlük Əmir Səduni və Nəsimə Məanini bombanı daşımaq üçün işə götürmüşdü. Davanın dördüncü müttəhimi Mehrdad Arifani isə Parisə, İran müxaliflərinin toplandığı yerə getmişdi.
 
Əsədullah Əsədinin məhkəmədə təqsirli bilinməsi halında, məhkəmə onu və əlbirlərini beş ildən 20 ilədək həbs cəzasına məhkum edə bilər. Məhkəmənin dekabrın sonuna qədər qərar verəcəyi gözlənilir.
 
Tehran bu iddiaları dəfələrlə rədd edib. Əsədi hələ də iddialara münasibət bildirməyib. Vəkili Əsədinin məhkəmədə izahat verəcəyini söylədi.
 
Qeyd edək ki, 2018-ci il iyunun 30-da Fransanın Vilpent kommunasında iranlı müxaliflər - İran Milli müqavimət Təşkilatının toplantısı keçirilib. İranın Vyanadakı səfirliyinin əməkdaşı Əsədulla Əsədi bu toplantıya qarşı terror aktı hazırlamaq ittihamı ilə iyulun 1-də həbs edilib. İş üzrə təhqiqat çərçivəsində Belçika, Fransa və Almaniyada daha 5 nəfər saxlanılıb. Fransa və Almaniya saxlanılan şəxsləri istintaq hərəkətlərinin aparılması üçün Belçikaya göndərib.
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Jan.21.2021 : “Coe Bayden Prezident andı içdi və 15 qərara imza atdı”

2021-01-21

gun az article

Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

2021-01-21

gun az article

Qarabağda son 30 ildə məhv edilən erməni hərbçilərin SAYI...

2021-01-21

gun az article

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

2021-01-21

gun az article

İranda koronavirusdan daha 93 nəfər ölüb, 6 204 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-01-21

gun az article

Lloyd Austin: “İran regiondakı qüvvələrimizə və müttəfiqlərimizə qarşı bir təhdiddir”

2021-01-21

gun az article

Ağ Evin yeni sözçüsü: “Bayden İranla bağlı ABŞ müttəfiqləri ilə məsləhətləşəcək”

2021-01-21

gun az article

Ərdoğan: “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”

2021-01-21

gun az article

Ölkə əhalisinin sayı AÇIQLANDI

2021-01-21

gun az article

İran XİN başçısı Azərbaycana səfər edəcək

2021-01-21

gun az article

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI

2021-01-21

gun az article

Co Bayden and içdi – Fotolar və VİDEO

2021-01-21

gun az article

GünazTV Jan.20.2021 : “Tramp Ağ Evdən gedir, Bayden isə gəlir”

2021-01-20

gun az article

20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub - VİDEO

2021-01-20

gun az article

Azərbaycan xalqı şəhidlərini yad edir - FOTOLAR

2021-01-20

gun az article

Ruhani Amerikanın yeni hökumətini nüvə sazişinə qayıtmağa çağırıb: “Bu gün top Vaşinqtonun meydançasındadır”

2021-01-20

gun az article

İranda daha 84 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 57 000 nəfəri keçib (Rəsmi statistika)

2021-01-20

gun az article

İranda sərnişin avtobusnun TIR-la toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb

2021-01-20

gun az article

İran Donald Trampa və Amerikanın daha 9 rəsmisinə qarşı sanksiya qoyub

2021-01-20

gun az article

Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ

2021-01-20