SON XƏBƏRLƏR

İRANIN DÖVLƏT QURULUŞUNA QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILAN AZƏRBAYCANLILARA HÖKM OXUNDU

2021.10.20, 07:36
İRANIN DÖVLƏT QURULUŞUNA QARŞI ÇIXMAQDA GÜNAHLANDIRILAN AZƏRBAYCANLILARA HÖKM OXUNDU

Gunaz.tv
İyunun 10-da Tehran İnqilab Məhkəməsinin 115-ci şöbəsində hakim Sələvatinin sədrliyi ilə keçirilən məhkəmə prosesində 9 azərbaycanlı - jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur, azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Saleh Kamrani, universitet müəllimləri Abdulla Abbasi Cavan və doktor Məhəmmədəli Heydəri, ictimai-siyasi fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Saleki Niya, Mirqasım Seyidinzadə, Behruz Səfəri və Leyla Heydəri barədə hökm çıxarılıb. «Media forum» saytının məlumatına görə, əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılan Səid Mətinpur 8 il müddətinə şərti həbsə məhkum edilib. Digər 8 müttəhim də dövlət quruluşuna qarşı təbliğatda günahlandırılıb. Onların hər biri 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar