İranın dövlət televiziyasında Azərbaycan adına QADAĞA

2021-04-13 13:55

İranın müxtəlif televiziya kanalları və mətbuat orqanlarında Azərbaycan adına yasaq qoyulub.

Gunaz.tv Quote | Gunaz article

Bir sıra veriliş və proqramlarda  əyalət adlarındakı "Azərbaycan" sözü “senzuradan keçmir”. 

Hətta ən yüksək səviyyəli dövlət rəsmiləri də Azərbaycan adını çəkməkdən imtina edir. Qeyd edək ki, ölkə prezidenti Həsən Ruhani Qərbi Azərbaycan əyalətinə səfəri zamanı Qərbi Azərbaycan əvəzinə “Urmiyə əyaləti” ifadəsi işlətmiş, bu isə azərbaycanlıların böyük narazılığına səbəb olmuşdu.

Bir sıra mətbuat orqanlarında, televiziya verilişlərində və yazışmalarda Qərbi və Şərqi Azərbaycan əyalətlərinin adlarının təhrif olunmuş formada- “Az Qərbi”, “Az Şərqi” kimi verilir. Bu da Güneydə ciddi  narazılığa və müzakirələrə səbəb olub.

Güneyli sosial şəbəkə istifadəçiləri bu dəfə İran dövlət televiziyasının birinci kanalında verilişlərdən birinin sonunda Şərqi Azərbaycan əyalətinin adının “Təbriz əyaləti” kimi verilməsini tənqid ediblər.

Qeyd edək ki, İranda “Azərbaycan” adına qısqanc yanaşma 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra yaranıb. 

O zamandan bu yana  Tehran rejimi addım-addım Azərbaycan adını Güney Azərbaycan əyalətlərinin üzərindən götürməyə  çalışır. 


Qərbi Azərbaycana “Urmiyə əyaləti”, Şərqi Azərbaycana isə “Təbriz əyaləti” adı vermək Tehran hökumətinin köhnə arzularındandır. 
İran hakimiyyətini narahat edən Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuz qazanması, Qarabağ probleminin həlli də daxil olmaqla bir çox uğurlara imza atmasıdır. 

Tehranda Azərbaycan Respublikasının güclənməsini, demokratik dövlətə çevrilməsini İran üçün təhlükə hesab edirlər. 

Hesab olunur ki, bu, Güney Azərbaycan türkləri içərisində özünüdərk prosesinə müsbət təsir edə, Milli Hərəkatın yeni dalğasının başlanmasına səbəb ola bilər.

C.E
 

Açıklama yok.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14