SON XƏBƏRLƏR

İranın edam gündəmi davam edir

2021.10.20, 07:36
İranın edam gündəmi davam edir

Gunaz.tv

GünAzTv: İranda 7 nəfər narkotik maddələr satmaq ittihamı ilə edam olunub. 1 nəfər isə gənc qıza təcavüz etdiyinə görə asılıb.

İSNA agentliyinin məlumatına görə, 2009-cu ildən Tehran İnqilab Məhkəməsi tərəfindən narkotik maddələrin satışında günahlandırılmış və edam cəzası almış 7 nəfər bu gün səhər həbsxanada edam olunublar.

Asılanların kimliyi bunlardan ibarətdir: Mövsüm Bəhrami, Pərviz Əsgəri, Mənuçöhr Nəcəfi, Əbdülvahid Baranzehi, Lətif Sehrai, Xəlil Tacik və Rza Qurbani

Fərzad Əlizadə isə bir yeni yetmə qıza təcavüzdə suşlanaraq asılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar