SON XƏBƏRLƏR

İranın Əhvaz şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Əhvaz şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 9 il əvvəl məişət zəminində baş verən bir davada öz əmisi oğlunu qətlə yetirən, evli və iki uşaq atası olan müttəhim Rəhman Casimi Zərqani, yanvarın 22-si sübh saatlarında İranın Əhvaz şəhərinin Sepidar zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Müttəhim Rəhman Casimi Zərqani

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar