İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24 15:48

İranın ən böyük avtomobilqayırma zavodu olan “İran Xodro”nun hazırladığı xəritələrdə kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinə qarşı olan iddiaları öz əksini tapıb.

Gunaz.tv Quote | Gunaz article

Belə ki, xəritədə digər əyalətlərin mərkəzinin adı yer aldığı halda Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmu (Urmiya) şəhərinin yerinə əhalisi kürd dilli olan Soyuqbulaq (Mahabad) şəhərinin adı dərc olunub.

 

Kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirmə planına dəstək olaraq dəyərləndirilən bu anti-türk hərəkət azərbaycanlıların narazılığına səbəb olub.

 

İranın rəsmi qurumları və vəzifəli şəxsləri daha əvvəl də dəfələrlə bənzər addımlar atıb.

 

Aprel ayında İran Teleradio təşkilatına bağlı olan “Gənc Jurnalistlər Klubu” xəbər agentliyi Soyuqbulaq şəhərini saxta adla təqdim edərək “Mahabad əyaləti” adlandırmışdı. Agentlik saytının əyalətlər üzrə xəbər bölməsində Qərbi Azərbaycan əyalətində yerləşən Soyuqbulağı bu əyalətin bir hissəsi kimi deyil, “Mahabad əyaləti” kimi qələmə vermişdi.

 

Azərbaycanlıların fikrincə, bu hərəkət təsadüfi baş vermiş səhv deyil və planlı şəkildə Azərbaycan ərazisini bölmək və insanları psixoloji olaraq yeni inzibati ərazi bölgüsünə hazırlamaq məqsədini daşıyır.

 

Soyuqbulaq Azərbaycanın ən qədim türk şəhərlərindən biridir, lakin son 100 ildə Pəhləvi rejimi və İslam Respublikası tərəfindən kürdləşdirilib. Buna baxmayaraq hələ də həmin məntəqədə bir çox coğrafi adlar türk dilindədir.

 

Qeyd edək ki, İranda bütün əyalətlərdə təkcə bir yerli telekanal fəaliyyət göstərir. Lakin bu məsələdə Soyuqbulaq şəhəri istisna təşkil edir. İran rejimi Soyuqbulaqda kürd dilində müstəqil telekanal yaratmaqda Qərbi Azərbaycanın bölünməsinə şərait yaradır. 

 

Ötən həftə də İranın Şəhərsalma və Yol naziri Məhəmməd İslami Azərbaycanın Tikantəpə (Təkab) bölgəsini Kürdüstan adlandırıb.

Güney Azərbaycan əhalisinin etirazına baxmayaraq Qərbi Azərbaycan əyalətinin adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib. 

 

İslam Respublikasının prezidenti Həsən Ruhani 2019-cu il noyabrın 27-də bir neçə əyalətin adını sadaladığı zaman Qərbi Azərbaycan əyalətinin adını kürd terror qruplaşmalarının adlandırdığı kimi “Urmiya” olaraq təqdim etmişdi.

 

Ruhani  2018-ci il noyabrın 19-da Xoy şəhərinə səfəri zamanı da Qərbi Azərbaycanı Urmiya əyaləti adlandırmışdı.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19

gun az article

Milli fəal Sara Turi Təbrizdə həbs edilib

2020-10-19

gun az article

"Həsrət körpüsü"nün işğaldan azad edilməsi münasibətilə Tikab əhalisi atəşfəşanlıq edib- VİDEO

2020-10-19

gun az article

İranın təhlükəsizlik qüvvələri rəştli fəallara təzyiq göstərir: İbrahim Gənci həbs edilib

2020-10-19

gun az article

Milli fəal Hüseyn Balaxani 500 milyon tümənlik ağır mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxılıb

2020-10-19

gun az article

Güney azərbaycanlı milli fəal Hüseyn Əmirhicri Təbrizdə tutulub

2020-10-19

gun az article

Rəşt türkləri İranın Ermənistana dəstəyinə etiraz ediblər- FOTO

2020-10-19

gun az article

İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19

gun az article

GünazTV Oct.18.2020: Azərbaycan ordusunun və Güney Azərbaycanın qələbələri.

2020-10-19

gun az article

Təbriz: "Azərbaycan milləti bu zillətlə barışmayacaq, Nurduz gərək bağlana!"- VİDEO

2020-10-18

gun az article

Təbrizdə minlərlə insan birlikdə "Nurduz sərhədi bağlanmalıdır" şüarları səsləndirib- VİDEO

2020-10-18

gun az article

Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18