İranın Ermənistana çörək göndərməsi Güney Azərbaycanda çörək qıtlığına səbəb olub- VİDEO

2020-10-19 11:48

İran rejimi tərəfindən Ermənistana un və çörək göndərilməsi Güney Azərbaycanda bu qida məhsullarının çatışmazlığına səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Quzey Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi uğrunda keçirdiyi uğurlu əməliyyatların ilk günündən etibarən İran rejiminin Ermənistana göstərdiyi hərbi logistik dəstək artıb. Hər gün yüzlərlə TIR-da İran Ermənistana silah-sursat, hərbi texnika, qida və digər bu kimi vasitələr göndərir. 


Tehran rejiminin məsullarının Güney Azərbaycan üzrə təyin olunmuş un kvotasının və bişirilmiş çörəyin də bir hissəsini Ermənistana göndərməsi Güney Azərbaycan şəhərlərində kəskin çörək çatışmazlığına səbəb olub. 


Ötən həftə bu məsələ ilə əlaqədar olaraq Qərbi Azərbaycan valiliyinin rəhbərliyi ilə Urmiyanın Un və Taxıl İdarəsi, eləcə də Çörək Sexləri Birliyinin iclası keçirilib. Bu toplantıda iki gündən bir bütün çörək mağazalarının valiliyin təyin etdiyi müəyyən adamlara 100 lavaş çörəyi bağlaması verməsi ilə hər iki quruma göstəriş verilib. Valiliyin nümayəndəsi iddia edib ki, "bu qərar bazarın nəzarətdə saxlanması və çörəyin paylanmasının idarə edilməsi üçün" qəbul edilib. 


Urmiyanın Çörək Sexləri Birliyinin nümayəndəsi qərara etiraz etsə də, valilik nümayəndəsi bildirib ki, "tapşırıq Tehrandan verilib və hər kəs buna əməl etməlidir". 


Təbrizdə çəkilmiş aşağıdakı videoda naməlum şəxslərin kiçik yük maşını ilə dolu çörəyi naməlum istiqamətdə apardıqları müşahidə olunur. Vətəndaşlaran biri onlardan qıtlıq vaxtında bu qədər çörəyi hara daşıdıqlarını soruşur. Lakin həmin adamlar içərisində təhlükəsizlik orqanları əməkdaşı olduğu hesab edilən biri ona hücum edərək, telefonunu əlindən almağa çalışır. 


Qeyd etmək lazımdır ki, Tehran hökumətinin rəsmiləri bir müddət əvvəl İran ərazisindən Rusiya silahlarının Ermənistana göndərilməsini də inkar etməyə çalışırdılar. Lakin bu məsələ böyük səs-küyə səbəb olduğundan, sonradan onu etiraf etsələr də, daşınan "Kamaz"ların "hərbi təyinatlı olmadığını" iddia edirdilər. Amma həmin hərbi "Kamaz"lar daha sonra döyüşlərdə Azərbaycan Ordusu tərəfindən işğalçı erməni əsgərlərindən hərbi qənimət kimi ələ keçirilmişdi. 

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02

gun az article

Vasiqi qardaşları ailələrinə Ərdəbil həbsxanasının 2-ci bölməsində koronovirusun yayıldığını deyiblər

2020-12-02

gun az article

Təbriz Universitetinin 19 professoru dünyanın ən yaxşı alimləri arasında

2020-12-02

gun az article

Azərbaycanlı alim ölüm cəzasının icrası üçün "Rəcai Şəhr" həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Abbas Lisani və Yusif Kari Ərdəbil həbsxanası tibb mərkəzingeri qaytarılıblar

2020-12-02

gun az article

GünazTV Dec.01.2020-Özümüz: İkinci Dünya Savaşında İran

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 -GÜNDƏM MASASI: İranda milli ayrıseçkilik siyasətinin acı nəticələri

2020-12-02

gun az article

GünazTV Dec.01.2020 : “Laçın erməni işğalından azad edildi. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi”

2020-12-01

gun az article

Urmiyədə yaşayan türk siyasi məhbus Hamid Qaraoğlani edam cəzasına məhkum edildi!

2020-12-01

gun az article

İki aydır tutulmuş milli fəallar Səid Sultani və Babək Kiyumərsidən xəbər yoxdur

2020-12-01

gun az article

Son 20 gündə ən azı 44 milli-mədəni fəal məhkəməyə çağrılıb, həbs edilib

2020-12-01