İranın Fars əyalətinin Eşkenan şəhərində Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ baş verib.
Gunaz.tv
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ noyabrın 22-si, yerli vaxtla sübh saat 07:43 radələrində Hormozqan əyalətinin sərhədinə yaxın Eşkenan şəhəri ətrafında yerin 16 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ əyalətin digər bölgələrində də hiss olunub. Zəlzələdə ölənlərin və dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
A.M