SON XƏBƏRLƏR

İranın Fars əyalətində spirtdən ölənlərin sayı 91 nəfərə yüksəlib

2021.10.20, 07:36
İranın Fars əyalətində spirtdən ölənlərin sayı 91 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: İranın Fars əyalətində saxta spirtdən ölənlərin sayı 91 nəfərə yüksəlib.

 

Bu barədə, Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin sədr müavini Behnaz Rəsteqar mediaya açıqlamasında bəyan edib.

 

O bildirib ki, son bir ay ərzində, Şirazda və əyalətin digər şəhər və bölgələrində sənaye spirtindən zəhərlənən 727 nəfər xəstəxanalara müraciət edib: “Təəssüflər olsun ki, həmin zəhərlənənlərdən artıq 91-i həyatını itirib. Hazırda isə 636 nəfər əyalət xəstəxanalarında müalicə alır. Zəhərlənənlərdən bəzilərinin səhhəti ağır olduğundan reanimasiya şöbəsində saxlanılırlar.

 

Saxta spirtdən zəhərlənənlərin yaş həddinə gəlincə, xəstələrin əksəriyyəti 20-40 yaşları arasında olanlardır. Ən çox zəhərlənmə halları isə əyalətin mərkəzi olan Şirazda qeydə alınıb” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin sədr müavini Behnaz Rəsteqar mediaya açıqlamasında əlavə edib.

 

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun iztirab və stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalaraq düşüb, 600-dən çox insan isə həyatını itirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar