SON XƏBƏRLƏR

İranın Fars əyalətində spirtdən ölənlərin sayı 94 nəfərə çatıb

2021.10.20, 07:36
İranın Fars əyalətində spirtdən ölənlərin sayı 94 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İranın Fars əyalətində saxta spirtdən ölənlərin sayı 94 nəfərə yüksəlib.

 

 Bu barədə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan aprelin 14-də mediaya açıqlama verib.  

 

Muradiyan deyib ki, ölkədə koronavirusun yayılmağa başladığı gündən indiyə qədər Fars əyalətində “Covid-19” infeksiyasından qorunmaq məqsədilə spirtli içkilərə üz tutanlardan 94-ü zəhərlənərək həyatını itirib: “Təəssüflər olsun ki, Fars əyalətində bu günə qədər sənaye spirtdən zəhərlənərək xəstəxanalara müraciət edənlərin sayı 786 nəfərə, zəhərlənmədən ölənlərin sayı isə 94 nəfərə çatıb.

 

Hazırda isə saxta spirtdən zəhərlənərək xəstəxanalarda müalicə alanların sayı 692 nəfərdir və həmin şəxslər həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan bəyan edib.

 

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və stressdən qurtulmaq üçün saxta spirtli içkilərə pənah aparan insanların sayı sürətlə artıb. Nəticədə,  zəhərlənmə nəticəsində ən azı 700 nəfər həyatını itirib, minlərlə insan isə xəstəxanalara düşüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar