SON XƏBƏRLƏR

İranın “Fatimiyun Qoşunu”nda döyüşən 10 min əfqan öz ölkəsinə geri qayıdıb

2021.10.20, 07:36
İranın “Fatimiyun Qoşunu”nda döyüşən 10 min əfqan öz ölkəsinə geri qayıdıb

Gunaz.tv

GünAz TV: Suriyada İranın “Fatimiyun Qoşunu”nda döyüşən 10 min əfqanın öz ölkəsinə geri qayıtdığı barədə məlumatlar yayılıb.

 

“Associated Press”in məlumatına əsasən, Əfqanıstan Daxili İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi bu şəxslərin ötən illər ərzində İranın “Fatimiyun Qoşunu”nun tərkibində Suriyada gedən vətəndaş müharibəsində iştirak etdiyini deyib.

 

Qeyd edilən silahlı qruplaşmanın tərkibində 4 il döyüşmüş Mehdi adlı əfqan “Associated Press” ilə müsahibəsində bildirib ki, o, 17 yaşında olanda İran hökuməti tərəfindən hərbi əməkdaşlığa cəlb edilib, təlimlər keçib və döyüşmək üçün Suriyaya göndərilib və bunun müqabilində İrandan aylıq olaraq 900 dollar muzd alıb.

 

Qeyd etmək lazımdır ki, “Fatimiyun Qoşunu”nun tərkibində minlərlə döyüşçünün olduğunu nəzərə alsaq, İran təkcə onlara hər ay milyonlarla dollar muzd verib.

 

Yerli media orqanlarının məlumatına görə, bu şəxslər dövlətə xəyanətdə ittiham edildiklərindən, Əfqanıstan təhlükəsizlik qüvvələri onları həbs edir.

 

Xatırladaq ki, ötən həftənin sonlarında “Fatimiyun Qoşunu”nda döyüşən əfqanların ailələri ilə görüşən İranın “dini lideri” Əli Xamneyi bu döyüşçülərin Suriyada göstərdikləri “qəhramanlıqlar”ı öymüşdü.

 

Xamneyinin görüş zamanı səsləndirdiyi fikirlərə Əfqanıstan tərəfindən verilən reaksiyada isə bildirilirdi ki, İran hökuməti bu ölkədə yaşayan əfqan mühacirlərin kasıblığı və maddi problemlərindən istifadə edərək, onları Suriyada döyüşməyə göndərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar