İranın Gəçsaran şəhərində daha 1 nəfər dara çəkilib

22.08.2018, 06:59

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhim Kəramət Həsəni 8 il həbsdə saxlandıqdan sonra avqustun 20-si sübh saatlarında Gəçsaran şəhərinin zindanında dara çəkilib.

 

Bildirilir ki, 2010-cu ildə İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Başt şəhərinin kəndlərində birində ailə üzvləri ilə birlikdə yaşayan müttəhimin evinə gecə saatlarında 3 quldur tərəfindən basqın edilib. Hadisə zamanı müttəhim və onun ailə üzvləri kəndin yeganə sakinləri olub. Basqınçılarla ailə üzvləri arasında yaranan qarşıdurmada müttəhimin oğlu quldurlardan birini zərərsizləşdirsə də, digər yaraqlı quldurlar tərəfindən qətlə yetirilib. Nəticədə, oğlunun gözləri qarşısında qətlə yetirildiyini görən Kəramət Həsəni, ov tüfəngindən istifadə edərək iki oğruya atəş açıb. Atəş nəticəsində basqınçılardan biri yerindəcə həlak olub, digəri yaralanaraq iflic vəziyyətinə düşüb.

 

Müttəhim, məhkəmədə verdiyi ifadəsində özünü və ailə üzvlərini evlərinə basqın edən yaraqlı quldurlardan qorumaq üçün istəmədən qətl törətmək məcburiyyətində qaldığını bildirsə də, məhkəmə onun ifadələrini rədd edərək edama məhkum edib. Müttəhim, məhkəmənin barəsində çıxardığı hökmə etiraz əlaməti olaraq ötən ilin dekabrında 1 həftə aclıq aksiyası keçirsə də, onun etirazı nəticəsiz qalıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İki yeniyetmə etnik bəluç edam edilə bilər

2022-12-02

gun az article

İranda etnik ərəb işgəncə altında öldürülüb

2022-12-02

gun az article

Washington Post: "İran cinayətkar qruplar vasitəsilə müxaliflərin oğurlanması və öldürülməsini planlarını genişləndirib"

2022-12-02

gun az article

İranda SEPAH generalı həbs edilib

2022-12-01

gun az article

Türkiyə səfiri etimadnaməsinin surətini İsrail XİN-ə təqdim edib

2022-12-01

gun az article

Azərbaycanın müdafiə naziri Pakistanın HDQ komandanı ilə görüşüb

2022-12-01

gun az article

Kərəcdə iki məhkum edam ediləcək

2022-12-01

gun az article

Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

2022-12-01

gun az article

İranda bəhai vətəndaşlara qarşı təzyiqlər davam edir

2022-12-01

gun az article

“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü" layihəsini uğurla yekunlaşdırıb

2022-12-01

gun az article

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

2022-12-01

gun az article

İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

2022-12-01

gun az article

İranda kəşfiyyat zabiti öldürülüb

2022-12-01

gun az article

Güneyli gənc fəal Abbas Nəmini edam edilə bilər

2022-12-01

gun az article

İranda İsrailə casusluqda ittiham olunan 4 nəfər edam ediləcək

2022-12-01

gun az article

Tanınmış jurnalist Məhəmmədbaqir Muradi İrana təhvil verilib

2022-12-01

gun az article

Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

2022-12-01

gun az article

Laçının azadlığından iki il ötür

2022-12-01

gun az article

XİN Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib

2022-12-01

gun az article

ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

2022-12-01