SON XƏBƏRLƏR

İranın Gilan əyalətində axşam qonaqlığına qatılan daha 60 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranın Gilan əyalətində axşam qonaqlığına qatılan daha 60 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: İranın Gilan əyalətinin Xoşkbicar məntəqəsinin ətraf kəndlərindən birində axşam qonaqlığına qatılan daha 60 qız və oğlan həbs edilib.

 

Bu barədə İran hüquq-mühafizə qüvvələrinin rəsmiləri fevralın 1-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Gilan əyalətinin yerli polis qüvvələri bir qrup qız və oğlanın kənd evlərindən birində bir araya gəlib xüsusi qonaqlıq təşkil etdiyi barədə xəbər tutan kimi həmin evə hücum edərək, musiqi sədaları altında birlikdə rəqs və şənlik edən 60 qız və oğlanı tutublar. Həbs edilən gənclər polis bölməsinə aparılıb. Onların hazırda dindirildiyi bildirilir.

 

Polisin yaydığı məlumatda gənclərin toplaşdığı kənd evində spirtli içkilərin aşkarlanıb-aşkarlanmadığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2393-dan çox qız və oğlan həbs edilib.

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar