İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Ağ Qala şəhərində daha 3 nəfər saxta alkoqollu içkilərdən zəhərlənərək ölüb.
Gunaz.tv
Gülüstan Tibb Universitetinin yaydığı məlumata əsasən, dekabrın 2-də kustar (əldəqayırma) yolla hazırlanmış saxta alkoqollu içki qəbul edən 7 nəfər ağır zəhərlənmə simptomları ilə Ağ Qala xəstəxanasına yerləşdirilib və onlardan 3-ü göstərilən bütün tibbi yardıma baxmayaraq az sonra həyatını itirib.
Zəhərlənən digər 4 şəxsin vəziyyətinin ağır və orta ağır olduğu bildirilir. Yayılan məlumata görə, polis saxta alkoqollu içkiləri satışa çıxaran şəxslərin kimliyini öyrənməyə çalışır.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayından bu yana İranın bir neçə şəhərində saxta alkoqollu içikilər qəbul edən 1500 nəfərdən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.
A.M