İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25 15:43

İranın Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində tikilməkdə olan sünnilərə məxsus məscid dağıdılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, İrandakı bəluc fəalları kampaniyası yanvarın 24-də məlumat yayıb.


Məlumatda bildirilir ki, sünni bəluclara məxsus Cami məscidinin tikilməsi üçün aidiyyətli rəsmi qurumlardan əvvəlcədən icazə alınsa da, İranın “dini lider”i Əli Xamneyinin Sistan-Bəlucistandakı nümayəndəsi Mustafa Məhaminin və yerli ETTELAAT idarəsinin buna qarşı çıxmasından sonra, bünövrəsi qoyulmuş məscid yerli hüquq-mühafizə qüvvələri tərəfindən dağıdılıb.


Bildirilir ki, Xamneyinin əyalətdəki nümayəndəsi Mustafa Məhami və yerli ETTELAAT İdarəsi bundan əvvəl də tikintisinə başladılmış “Mövlana İbrahim Daməni” və Mənbə ül Ülum Kuhvən” məscidlərinin inşasının başa çatmasına mane olaraq, tikintilərin dayandırılmasına göstəriç veriblər. 


Qeyd edək ki, 1979-ci ildə İranda radikal şiə axundların hakimiyyətə gəlişindən bu yana, sünnilər yaşayan bölgə və əyalətlərdə, o cümlədən də paytaxt Tehranda sünnilərə məxsus məscidlərin tikilməsinə qadağa qoyulub. Bu isə İranda sünni xalqların, xüsusən də kürdlər, ərəblər, bəluclar, türkmənlər və digər sünni əhalinin narahatlığına səbəb olub.

محدودیت های امام جمعه اهل سنت زاهدان؛ مولوی عبدالحمید به جز تهران حق سفر  داخل و خارجی ندارد – کمپین حقوق بشر در ایران

Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi


Xatırladaq ki, Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi üç həftə əvvəl İranın “dini lider”i Əli Xamneyiyə məktub yazaraq, hökumətin ölkənin sünni məzhəbli əhalisinə, xüsusən da bəluclara qarşı ayrı-seçkilik siyasətinə etiraz bildirərək, bu kimi halların qarşısının alınmasını tələb etmişdi: “Təəssüflər olsun ki, islam inqilabının bərqərar olunmasından 42 il keçməsinə baxmayaraq, ölkənin sünni məzhəbli əhalisi hələ də cürbəcür ayrı-seçkilikərə məruz qalır, müxtəlif problemlərlə üz-üzə qalırlar. 


Daha doğrusu, islam respublikasında yaşayan ölkənin sünni məzhəbli əhalisi, o cümlədən də bəluclar məruz qaldıqları bu kimi ayrı-seçkiliklərə görə də özlərini ölkənin ikinci və ya üçüncü dərəcəli vətəndaşı kimi hiss edirlər”, -deyə, Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehinin Xamneyiyə yazdığı məktubunda bildirmişdi.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yoluxma 400-ü keçdi - 3 nəfər öldü

2021-03-07

gun az article

İranda koronavirusdan daha 93 nəfər vəfat edib, 8010 yeni növ “Covid-a9”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-07

gun az article

İranın xarici işlər naziri erməni həmkarı ilə telefonla danışıb

2021-03-07

gun az article

DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq

2021-03-07

gun az article

Bu ilin sonunadək Qarabağın 90%-i elektrik enerjisi ilə təmin olunacaq - FOTO

2021-03-07

gun az article

Füzuli rayonunun Qarakollu kəndi - VİDEO

2021-03-07

gun az article

Sülhməramlılar erməni qadınlara çiçək bağışladı – FOTOLAR

2021-03-07

gun az article

Azərbaycanda daha 353 nəfər yoluxdu - 3 nəfər öldü

2021-03-07

gun az article

GünazTV March.06.2021 : “Amerikada masqa taxmaq siyasi məsələyə çevrildi”

2021-03-06

gun az article

Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

İranda Novruz bayramında xəstəliklə bağlı qırmızı və narıncı vəziyyətdə olan şəhərlərə səfərə qadağa qoyulub

2021-03-06

gun az article

İranda koronavirusdan daha 82 nəfər ölüb, 8 212 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-06

gun az article

Zərif: “İran nüvə sazişi ilə bağlı danışıqlara başlanılması üçün öz konstruktiv planını təqdim edəcək”

2021-03-06

gun az article

İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edib

2021-03-06

gun az article

Zəngilanın Qaradərə kəndindən GÖRÜNTÜLƏR

2021-03-06

gun az article

Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq

2021-03-06

gun az article

Bu gündən martın 9-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-03-06

gun az article

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb

2021-03-06

gun az article

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb

2021-03-06

gun az article

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

2021-03-06