İranın hökumət saytı yenidən Azərbaycan Ordusuna və hökumətinə qarşı təxribat xarakterli yazı dərc edib

2020-10-31 15:23

İran hökumətinin “Sepah”a yaxın “Mashreghnews” saytı oktyabrın 30-da müzəffər Azərbaycan Ordusuna və hökumətinə qarşı yalan və böhtanla dolu təxribat xadrakterli yeni bir yazı yayıb.

Gunaz.tv Quote | Gunaz article

“Mashreghnews” saytının oktyabrın 30-da yaydığı “Araz çayının şimalında Qarabağı azad etmək bəhanəsi ilə Azərbaycan, Türkiyə və sionist rejim koalisiyasının təhlükəli oyunu” başlıqlı yazıda Azərbaycan Ordusu “təkfirçi ünsürlər”lə əməkdaşlıqda günahlandırıb. Yazıda deyilir: 


“Rəsmi Tehran Qarabağda savaşın başlandığı ilk günlərdə münaqişə tərəflərinə xəbərdarlıq etdi ki, qırmızı xətləri keçməsinlər. Lakin bu xəbərdarlıqların ciddiyə alınmadığını görəndən sonra öz hərbi hissələrini sərhəd bölgələrinə yerləşdirdi.


Araz çayının şimalında yerləşən Qarabağ bölgəsində baş verən savaş davam etdikcə regionda, xüsusən də ölkəmizin sərhədləri yaxınlığında macəraçılıq və fitnə yaratmaq istəyən dövlətlər və rejimlərin plan və hədəflərinin detalları daha çox ifşa edilir.


Suriyanın işğal altında olan şimal-qərb bölgələrindən yüzlərlə terrorçu qruplaşma ünsürünün Qarabağda gedən qarşıdurma məntəqələrinə gəlməsi və ölkəmizin şimal-qərb sərhəd bölgələrinə ardıcıl olaraq mərmilərin atılması, Qafqazdakı xarici dövlətlərin planlarının açıq nişanələridir. Bunlar isə əlbəttə ki, İranın gözündən yayınmayıb.


Bu arada qərbi-ivrit koalisiyasının elementləri də İrana qarşı gizli məqsədlər güdürdülər ki, İranın kəskin reaksiyası ilə qarşılaşdılar. Onların isə elə ilk addımda ölkəmizin şimal-qərbindən necə uzaqlaşdırılmasının təfərrüatları haqqında danışmaq üçün kifayət qədər vaxt və fürsət var. Lakin ümumilikdə xarici tərəflər bölgənin İran qüvvələrinin tam nəzarəti altında olduğunu başa düşdülər.


Tehranda isə hamı Araz çayının şimalında nələr baş verdiyini, ölkəmizin şimal əyalətlərinin sərhədləri yaxınlığında Azərbaycan, Türkiyə, sionist rejimi və təkfirçi ünsürlərin iştirakı ilə yaranan anti-İran koalisiyasının pərdə arxasında nələr keçdiyini bilsə də, əvvəlcə belə qərara alındı ki, mesajlar diplomatik yollarla çatdırılsın. 


Öləmizin diplomatik qurumları bir neçə dəfə Qafqaz regionunda baş verən dəyişikliklərlə bağlı mövqe sərgiləyərək xəbərdarlıq etdilər. Lakin Azərbaycan hərbçiləri ilə terrorçu ünsürlərin Qarabağda, xüsusən də müştərək sərhəd bölgələrindəki ərazilərdə sürətlə irəliləməsi vüsət alandan sonra rəsmi Tehranın da bu məsələyə reaksiyası dəyişdi.
 

Qarabağın cənubunda bu təhlükəli və mənalı irəliləmlər və bu irəliləmənin İran sərhədi boyunca təmərküzləşdirilməsi (yəni İranla uzunluğu 86 km olan müştərək sərhəd zolağına nəzarəti ələ almaq- “Mashreghnews” saytı) ilə yanaşı ölkəmizin sərhədyanı ərazilərindəki əkin sahələri ilə yaşayış məntəqələrinə də açılan atəşin sayı artdı. Bu isə bu artıq ölkəmizin hərbi komandirlərinin işə qarışmasına səbəb oldu.


Nəticədə, ötən günlər silahlı qüvvələrimizin komandirləri səhnəyə gələrək, ölkəmizin şimal-qərb bölgələrinin sərhədyanı məntəqələrinə baxış keçirdilər və açıq şəkildə bildirdilər ki, regionda qüdrət müvazinəsinin dəyişdirilməsinə imkan verməyəcək, hər hansı bir təhdidə kəskin cavab verəcəklər. 


Ölkəmizin ərazi bütövlüyünü qorumaq məqsədilə “Sepah” və ordu komandirlərinin açıq və şəffaf mesajı isə sürətlə gerçəkləşdirildi və hərbi hissələrimiz ağır hərbi texnika və avadanlıqlarla Qarabağla müştərək sərhəd bölgələrinə yerləşdirildi (Diqqət: Hamının bildiyi və bütün xəritələrdən də göründüyü kimi Dağlıq Qarabağ Azərbaycanın içindədir və onun İranla hər hansı bir müştərək sərhədi yoxdur. Lakin buna baxmayaraq, İranın hökumət saytları yaydıqları məlumatlarda bir çox hallarda Azərbaycanın yox, məhz Dağlıq Qarabağın İranla həmsərhəd olduğunu bildirir, bununla da Azərbaycan Ordusunun guya Dağlıq Qarabağla İran arasında olan müştərək sərhəd bölgələrini ələ keçirdiyi fikrini aşılamağa çalışırlar- red. A.M) və hava hücumundan müdafiə qüvvələrimizdə gücləndirildi. Bu da ona görədir ki, düşmən regionda istədiyi hərəkəti edə bilməyəcəyini başa düşsün.


Hazırda terrorçu qruplaşma ünsürlərinin Qarabağ bölgəsinin cənubunda sərhədlərimiz ətrafındafəaliyyət göstərməsinə baxmayaraq, onlar yaxşı bilirlər ki, bizim təyin etdiyimiz qırmızı xətləri keçməməlidirlər. Onlar bilirlər ki, silahlı qüvvələrimizin əlləri tətik üzərindədir və hər an onları təəccübləndirə bilərlər.


Əldə edilən son məlumatlara əsasən, Türkiyənin dəstəklədiyi terrorçu ünsürlərin sərhəd bölgələrimizə yaxın məntəqələrdə, o cümlədən də Ağbənd, Baharlı, Mincivan, Qoşa kənd, Muğanlı, Havalı, Həsənli, Maşanlı, Sarıclı, Şükürbəyli, Yuxarı Maralyan, Aşağı Maralyan, Mehdili, Mərcanlı və s. məntəqələrdəki bütün hərəkət və fəaliyyəti silahlı qüvvələrimizin tam nəzarətindədir. 


Bundan başqa, silahlı qüvvələrimiz Ermənistanın hərbi mövqelərini öyrənmək məqsədilə Qarabağın cənubunda Azərbaycan adı ilə uçan pilotsuz aparatları tam nəzarətdə saxlamaqla, sionist rejimin bu örtük altında sərhədlərimizə yaxınlaşmasına imkan verməyiblər. 

 

Bir sözlə, Azərbaycan, Türkiyə və sionist rejim koalisiyası, Araz çayının şimalında təhlükəli bir oyuna başlayıblar və bölgədə baş verən dəyişikliklər prosesi isə yaxşı göstərir ki, bu koalisiyanın təmərküzü (fokusu) istər qısa, istərsə də uzun müddətdə ölkəmizin şimal sərhəd bölgələri üzərinədir. 


Lakin bunu bilmək lazımdır ki, Tehranda qərb-ivrit- ərəb koalisiyasının qarşısını almaq üçün atılacaq addımlar düşünülüb, lazım olan bütün tədbirlər görülüb” –deyə, İran hökumətinin “Sepah”a yaxın “Mashreghnews” saytının Azərbaycan Ordusuna və hökumətinə qarşı yaydığı yalan və böhtan dolu təxribat xadrakterli yazısında bildirilir.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 362 nəfər koronavirusdan vəfat edib, 13 621 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-12-02

gun az article

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama

2020-12-02

gun az article

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq - SƏRƏNCAM

2020-12-02

gun az article

10 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olunub

2020-12-02

gun az article

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

2020-12-02

gun az article

Pompeo: “Tehran rejimi bölgənin və onun dinc əhalisinin təhlükəsizliyinə qarşı ən böyük təhdiddir”

2020-12-02

gun az article

Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb

2020-12-02

gun az article

XİN Fransa Parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı yazılanlara münasibət bildirib

2020-12-02

gun az article

Vətən müharibəsinə görə təltifetmə bu qayda ilə olacaq

2020-12-02

gun az article

ƏƏSMN: Şəhid ailələri və müharibə əlilləri orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar

2020-12-02

gun az article

Komissiya: Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və mülki şəxslərin hüquqları tam təmin edilib

2020-12-02

gun az article

Vətən Müharibəsində qələbə münasibətilə ordenlər və medallar təsis edilib

2020-12-02

gun az article

Beynəlxalq Bəhai İcması İranda bəhailərə qarşı təzyiqlərin artmasından nigaran qaldığını bildirib

2020-12-01

gun az article

İranda daha 382 nəfər koronavirusdan ölüb, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2020-12-01

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb - VİDEO

2020-12-01

gun az article

Paşinyanın Rusiya səfəri ləğv edildi

2020-12-01

gun az article

Ordumuz Vətən müharibəsini bu çətinliklərlə qazandı

2020-12-01

gun az article

İrəvanda etiraz aksiyası zamanı azı 30 nəfər saxlanılıb

2020-12-01

gun az article

Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

2020-12-01