İranın cənubunda yerləşən Hormozqan əyalətində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Gunaz.tv
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ noyabrın 29-u, yerli vaxtla səhər saat 07:54 radələrində Hormozqanın Bəstək şəhərinin yaxınlığında yerin 15 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ əyalətin digər şəhər və bölgələrində də hiss olunub. Zəlzələdə ölənlərin və dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.
A.M