İranın İdman nazirliyi Azərbaycanın Traxtur komandasını “uduzdurmaq istəyir”

2020-09-02 18:54

Güney Azərbaycanın “Traxtur” futbol klubunun baş direktoru Mir Məsum Söhrabi bu klubun çempion olmaması məqsədi ilə İranın İdman nazirliyi tərəfindən çirkli plan hazırlandığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Söhrabinin dediyinə görə, müəyyən dairələr İran kubokunun (cam-i həzfi) final mərhələsində Tehranın “İstiqlal” klubunun qalib gəlməsi istiqamətində planlar hazırlayıb.

 

İran kubokunun final mərhələsinə yüksələn “Traxtur” sentyabrın 3-də Təbriz vaxtı ilə 18:15-də Tehranın “İstiqlal” komandası ilə qarşı-qarşıya gələcək. Oyun Məşhədin “İmam Rza” stadionunda keçiriləcək.

 

Söhrabi oyuna düzgün hakim seçilmədiyini bildirərək Moud Bonyadifərin hakimliyi barəsində ciddi narahatlıqları olduğunu qeyd edib.

 

Moud Bonyadifərin daha əvvəl hakim olduğu oyunlarda “Traxtur”un ziyanına verdiyi səhv qərarlar klubunun tərəfdarlarının kəskin etirazına səbəb olmuşdu.

 

Söhrabi “pak və şərəfli futbol” naminə aidiyyəti qurumların məslə ilə bağlı tədbir görmələrini istəyib.

 

“Ümid edirik ki, futbolumuzun müstəqil olacağı və siyasətçilərin futbol işlərinə qarışmayacağı günü görəcəyik,” deyə “Traxtur” futbol klubun baş direktoru qeyd edib.

 

 O əlavə edib ki, klub rəhbərliyi hakim idarəçiliyinə nəzarət üçün iki ekspertlə razılaşıb.

 

“Hakim idarəçiliyində hər hansı bir səhvə yol verildiyi təqdirdə sübutlarla hüquqlarımızın bərpası üçün çalışacağıq,” deyə Söhrabi bildirib.

 

Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi komandaların bütün görüşlərində “Traxtur” komandası və mənsub olduğu Azərbaycan türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23