İranın İsfahan əyalətində daha 8 bəhai həbs edilib

2021-04-26 11:37

İranın İsfahan əyalətinin Baharistan şəhərində bəhai dininə mənsub olan 13 nəfərin mənzilində yoxlama aparılıb, 8-i isə həbs edilib.

Gunaz.tv Quote | Gunaz article

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, İsfahan əyalətinin Baharistan şəhərinin mülki geyimli təhlükəsizlik qüvvələri aprelin 25-i sübh saat 06:45 radələrində 13 bəhainin evinə basqın edib.


Yayılan məlumata əsasən, yerli ETTELLAT idarəsinin 16 əməkdşının birgə keçirdiyi hücum əməliyyatı zamanı 13 bəhainin mənzilində yolxlamalar aparılıb, kobudcasına dindirildikdən sonra 8-i isə həbs edilib.


Bildirilir ki, bəhailərlə son dərəcə kobud davranan və onların valideynlərinə və dogər ailə üzvlərinə zorakılıq nümayiş etdirən ETTELAAT əməkdaşları bəhailər Sara Şəkib, Firuzə Rasti Nejad, Sanaz Rastə, Azita Rizvani, Mojqan Purşəfi, Nəsrin Xadimi, Əfşin Vicdani və onun həyat yoldaşı Nuşin Hemməti tutaraq iki maşınla naməlum istiqamətə aparıblar.


Hər 13 bəhainin mənzili yoxlanılıb, bəhailərə məxsus noutbuklar, mobil telefonları, bəhai dininə aid kitablar, ailəvi şəkillər, bir sıra CD-lər və digər şəxsi əşyalar götürülüb.


Həbs edilən bəhailərin konkret nədə günahlandırıldığı və onların hazırda harada saxlanıldığı haqda hələlik məlumat yoxdur. 


İran rejiminin son vaxtlar bəhai vətəndaşlara qarşı təzyiq və repressiyaları gücləndirilməsinin səbəbi bilinmir.


 Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının konstitusiyası, bəhai dinini müstəqil və ayrıca bir din kimi tanımır. Məhz həmin səbəbə görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İranda hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı quldur “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

بازداشت هشت شهروند بهایی در بهارستان اصفهان

A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15