SON XƏBƏRLƏR

İranın Kabildəki səfiri: “Rəsmi Tehran Talibanın siyasi arenada təmsil olunmağını istəyir”- Foto

2021.10.20, 07:36
İranın Kabildəki səfiri: “Rəsmi Tehran Talibanın siyasi arenada təmsil olunmağını istəyir”- Foto

Gunaz.tv

GünAz TV: İranın Kabildəki səfiri Məhəmmədrza Bəhrami Taliban terror təşkilatına açıq-aşkar dəstək nümayiş etdirib.

 

O, ölkəsinin Talibanın Əfqanıstanın siyasi idarəetməsində təmsil olunmasını istədiyini deyib. Səfir həmçinin əlavə edib ki, İran Əfqanıstanda bütün hakimiyyətin Talibanın əlində cəmləşməsini dəstəkləmir.

 

Bəhrami Əfqanıstanın Taliban terror təşkilatına legitimlik verməməsini, eləcə də bu təşkilatla əlaqələr qurmaq istiqamətində “mənfi imic” formalaşdırmasını tənqid edib.

 

Qeyd etmək lazımdır ki, İran Taliban terror təşkilatına hərbi və maddi yardım göstərir. Rəsmi Tehran öncələr təşkilatla hər cür əlaqələrini inkar etsə də, son dövrlər Talibana açıq siyasi dəstək nümayiş etdirir. Hətta 2018-ci ilin sonlarında İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif və Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin qeyd edilən terror təşkilatına açıq-aşkar dəstək verməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

 

Digər tərəfdən, Amerika bu il mayın 31-də Kabil şəhərində Marşal Fəhim hərbi universitetinin qarşısında Taliban tərəfindən həyata keçirilmiş kamikadze hücumunda İranın əlinin olduğunu bildirir. Bu hücum nəticəsində 4 sivil vətəndaş ölmüş, 4 amerikalı hərbçi və onlarla yoldan keçən sivil insan yaralanmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar