SON XƏBƏRLƏR

İranın Kaşan şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Kaşan şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum dörd gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 4 il əvvəl naməlum səbəbə görə 50 yaşlı bir qadını qətlə yetirən və adı mediaya açıqlanmayan məhkum, iyulun 4-ü sübh saatlarında Kaşan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar