SON XƏBƏRLƏR

İranın Kazirun şəhərini etirazlar bürüyüb- Çoxlu sayda həbs olunan var

2021.10.20, 07:36
İranın Kazirun şəhərini etirazlar bürüyüb- Çoxlu sayda həbs olunan var

Gunaz.tv

GünAz TV: Sosial şəbəkələrdə bu gün İranın Kazirun şəhərində əhalinin etiraz aksiyaları keçirdiyi ilə bağlı video və fotolar yayılıb.

 

Etirazlar “Şühəda” və “Salman Farsi” meydanlarında, eləcə də şəhərin bir çox küçələrində keçirilib. Polisin etirazçılara qarşı zorakılıq tətbiq etməsindən sonra etirazlar qarşıdurmaya çevrilib.

 

Polislə qarşıdurma nəticəsində bir neçə şəhər sakini saxlanılıb. Lakin bununla da əhali küçə və meydanlardan geri çəkilməyiblər. Onlar aksiyanı davam etdirərək, saxlanılanların dərhal buraxılmasını tələb ediblər.

 

Bir neçə gün bundan öncə sosial şəbəkələrdə şəhər əhalisi hər kəsi iyunun 15-də keçiriləcək mitinqə çağırırdılar. Etirazların əsas səbəbinin yarıtmaz siyasət, iqtisadi çətinliklər, həyat şəraitinin ağır olması və zalım rejimin anti-bəşər siyasəti olduğu qeyd edilir.

 

Qeyd edək ki, bundan öncə də dəfələrlə şəhərdə eyni səbəblərə görə etiraz aksiyaları keçirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar