SON XƏBƏRLƏR

İranın Kəngavər şəhərində küçədə baş örtüyünü açan daha 2 qadın həbs edilib - VİDEO

2021.10.20, 07:36
İranın Kəngavər şəhərində küçədə baş örtüyünü açan daha 2 qadın həbs edilib - VİDEO

Gunaz.tv

GünazTV:İranın Kirmanşah əyalətinin Kəngavər şəhərində rejimin qadınlara qarşı tətbiq etdiyi məcburi hicab siyasətinə etiraz əlaməti olaraq küçədə baş örtüklərini açan daha 2 qadın həbs edilib.

 

Sosial şəbəkələrdə yayılan bir videoya əsasən, hadisə fevralın 28-də Kəngavərin Anahita məbədinə yaxın küçələrindən birində baş verib. İki qadın küçədə baş örtüklərini açaraq uzun bir məsafəni addımlamağa başlasalar da, az sonra polis əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparıblar.

 

Başıaçıq qadınların videosunu çəkən isə, onlardan birinin əridir. O, həmin videoda deyir ki, mənim xanımımın geyimlə bağlı seçim haqqı olmalıdır və mən onu dəstəkləyirəm. Göründüyü kimi şəhər əhalisinin bizimlə heç bir işi yoxdur. Çünki Kirmanşah əhalisi həmişə mədəni insanlar olublar və gələcəkdə də olacaqlar”.

 

Qeyd edək ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Vida Müvəhhid

 

Xatırladaq ki, son il yarımda   İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örtüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib.

 

VİDEO:

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar