SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində bir ailənin 3 üzvü saxta spirtdən ölüb

2021.10.20, 07:36
 İranın Kərəc şəhərində bir ailənin 3 üzvü saxta spirtdən ölüb

Gunaz.tv

GünazTV: İranın Əlbürz əyalətinin Kərəc şəhərində bir ailənin 3 üzvü saxta spirtdən ölüb.

 

Bu barədə, Əlbürz əyalətinin hüquq-mühafizə qüvvələri komandanının müavini Cəfər Hüseyni aprelin 22-də mediaya açıqlamasında məlumat yayıb.

 

O bildirib ki, bir ailənin 3 üzvü koronavirusdan qorunmaq üçün bəzi işbazların gizli satışa çıxardığı saxta və zəhərli spirtin qurbanına çevrilib: “Hadisədən az sonra ümumi təhlükəsizlik polis əməkdaşları məsələni araşdırdıqdan sonra keçirdikləri birgə əməliyyatda bu saxta və zəhərli spirtləri hazırlayab satışa çıxaran şəxsi yaxalayıb.

 

Həmin şəxsin mənzilində yolxlama aparılıb, 190 şüşə əldəqayırma yolla hazırlanmış saxta spirt aşkarlanaraq götürülüb. Hazırda həmin həmin şəxs törətdiyi cinayəti etiraf edib və onun dindirilməsi davam edir. Bir daha valideynlərdən istəyirik ki, öz övladlarına nəzarəti gücləndirsinlər və onları bu kimi təhlükəli içkiləri qəbul etməkdən çəkindisinlər” -deyə, Əlbürz əyalətinin hüquq-mühafizə qüvvələri komandanının müavini Cəfər Hüseyni bəyan edib.  

 

 Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 700-dən çox insan həyatını itirib, minlərlə insan isə xəstəxanalara düşüb.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar