SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 4 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 4 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə və oğurluq edərkən isti silahdan istifadə etməkdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 məhkum dar ağacından asılıb. Bildirilir ki, məhkumlar edama hazırlıq üçün bir neçə gün əvvəldən təkadamlıq kameralara köçürülmüşdü.  

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, məhkumlar Hüseyn Rövşən, Məhəmmədrza Qənbəri, Həmid Şeyxi və Möhsün Kunani oktyabrın 2-si sübh saatlarında Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkiliblər. Edam edilənlərin məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar