SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 4 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 4 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 4 nəfər edam edilib. Müttəhimlərə çıxarılan ölüm hökmü 5 gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, hər dörd müttəhim, yanvarın 9-u, sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. Edam edilənlərdən 3-ünün adları (Möhsün (Həmid) Rzayi, Rza Fərmancu, Baratəli Rəhimi) mediaya açıqlansa da, 4-cü müttəhimin adı açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar