SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 5 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 5 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 5 məhkum dar ağacından asılmaqla edam edilib. Məhkumlardan 4-ü qətldə, 1-i isə narkotik maddə qaçaqmalçılığında təqsirli bilinib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iyunun 24-ü və 25-də edama hazırlıq üçün təkadamlıq kameralara köçürülən məhkumlar (Məcid Həsənzadə, Hənif Mütəhhəri Nejad, Qurban Məhəmməd Süleymani, Mehdi Burbur və adı açıqlanmayan daha bir məhkum) iyunun 26-sı sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkiliblər. Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Edam edilən məhkumlardan biri. Qurban Məhəmməd Süleymani

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar