SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 5 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 5 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 5 məhkum edam edilib. Məhkumlardan dördü narkotik maddələrin qaçaqmalçılığında, 1-i isə qətldə təqsirli bilinib.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Tehran məhkəməsinin barələrində çıxardığı ölüm hökmü sentyabrın 25-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında icra edilib və hər beş məhkum dar ağacından asılmaqla edam edilib.

 

Edam edilənlərdən yalnız 1-inin adı (33 yaşlı məhkum Mustafa Bəxti) mediada açıqlanıb. Həmin şəxs qəsdən adamöldürmədə günahlandırılıb. Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar