SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində ikisi qadın olmaqla daha 3 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində ikisi qadın olmaqla daha 3 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə və cinsi təcavüzdə  günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər dara çəkilib. Edamlar iyunun 19-da həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı mənbələrin yaydığı xəbərə əsasən, adları mediaya açıqlanmayan iki qadın qətldə, digər məhkum isə cinsi təcavüzdə günahlandırılıb. Hər üç məhkum iyunun 19-u sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Həmçinin bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək üçün, bir çox hallarda bir sıra məhkumları gizli şəkildə edam edir və həmin edamlar mediada işıqlandır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar