SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində mağazası hökumət məmurları tərəfindən bağlanan şəxs özünü yandırıb - VİDEO

2021.10.20, 07:36
İranın Kərəc şəhərində mağazası hökumət məmurları tərəfindən bağlanan şəxs özünü yandırıb - VİDEO

Gunaz.tv

GünAzTV: İranın Kərəc şəhərində mağazası Şəhər İcra Hakimiyyətinin (Şəhrdari) məmurları tərəfindən bağlanan şəxs, üstünə benzin tökərək özünü yandırıb.

 

Hadisə, fevralın 28-də baş verib. Kərəc Şəhər İcra Hakimiyyətinin məmurları, adı açıqlanmayan həmin şəxsin mağazasına gələrək naməlum səbəblər üzündən onun işləməyinə qadağa qoyublar. Mağaza sahibi hökumət məmurlarının bu rəftarına etiraz bildirsə də, onlar həmin şəxsin işləməsinə mane olublar və mağazanı bağlayaraq, möhürləyiblər. Bildirilir ki, yoxsul təbəqədən olan həmin şəxs min bir əzab-əziyyətlə bu mağazanı açmış və halal zəhmətlə ailəsini dolandırmağa çalışırmış.

 

Etirazının nəticəsiz qaldığını görən mağaza sahibi qəzəbindən üstünə benzin tökərək özünü yandırıb. O, yana-yana bir neçə addım qaçsa da, bir neçə şəxs özünü ona çatdıraraq alovu söndürə biliblər. Özünü yandıran şəxsin sağ qalıb-qalmaması və mağazanın bağlanmasının səbəbi barədə hər hansı bir məlumat yayılmayıb.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar