SON XƏBƏRLƏR

İranın Kərəc və Rəşt şəhərlərində daha 3 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Kərəc və Rəşt şəhərlərində daha 3 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranın Kərəc və Rəşt şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, naməlum səbəbə görə qətl törədən 30 yaşlı məhkum Məhəmməd Qüdrəti iyulun 31-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihamla barələrində ölüm hökmü çıxarılmış daha 2 məhkum avqustun 1-də Rəşt şəhərinin Lakan həbsxanasıbda dar ağacından asılıblar. Edam edilənlərdən birinin (Kuşa Müttəqi) adı mediaya açıqlansa da, digər məhkumun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar