SON XƏBƏRLƏR

İranın Kirman əyalətində yenidən 5,1 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
İranın Kirman əyalətində yenidən 5,1 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

 GünAzTV: İranın Kirman əyalətinin Həcdək bölgəsində Rixter cədvəli üzrə 5,1 gücündə zəlzələ olub.

 

İran Seysmoloji mərkəzinin bildirdiyinə görə, yeni zəlzələ, dekabrın 27-si yerli vaxtla axşam saat 21:31 radələrində Kirman əyalətinin Həcdək bölgəsi yaxınlığında baş verib. Zəlzələnin ocağının, Həcdəkin 25, Çətrudun 38, Kazımabadın 45 və  Kirman şəhərinin 56 kilometrliyində yerləşdiyi bildirilir. Qeyd olunur ki, zəlzələ Kirman, Ravər, Zərənd və Nuq şəhərlərində hiss edilib. Zəlzələdə hər hansı ciddi dağıntıların və ya insan tələfatının olmadığı bildirilir.

 

Xatıladaq ki, dekabrın 1-də Kirman əyalətinin həmin bölgəsində, yəni Ravər şəhərinin Həcdək məntəqəsində 6,1 bal gücündə zəlzələ baş vermişdi.

 

Yerli vaxtla sübh saat 6:2 radələrində baş vermiş güclü zəlzələ, Sircan, Zərənd və Kirman şəhərlərində də hiss olunmuşdu. İran Seysmoloji Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri Həcdək bölgəsinin 37 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınmışdı. Yeraltı təkanların davam etdiyi fəlakət bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir. Zəlzələ nəticəsində, əyalətin Kuhək kəndində 122 ev zəlzələ tamamilə dağılmışdı.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar