SON XƏBƏRLƏR

İranın Kirman əyalətinin Həcdək bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
İranın Kirman əyalətinin Həcdək bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib

Gunaz.tv

GünAzTV: Dekabrın 25-i sübh saatlarında İranın Kirman əyalətinin Həcdək bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

 

İranın Geofizika Müəssisəsinin seysmoloji mərkəzinin bildirdiyinə görə, zəlzələ, yerli vaxtla sübh saat 7:4 radələrində qeydə alınıb. Yerin 9 km dərinliyində qeydə alındığı bildirilən zəlzələnin hər hansı bir dağıntıya və ya insan tələfatına səbəb olub-olmadığı haqda məlumat yayılmayıb.

 

Xatıladaq ki, dekabrın 1-də Kirman əyalətinin həmin bölgəsində, yəni Ravər şəhərinin Həcdək məntəqəsində 6,1 bal gücündə zəlzələ baş vermişdi.

 

Yerli vaxtla sübh saat 6:2 radələrində baş vermiş güclü zəlzələ, Sircan, Zərənd və Kirman şəhərlərində də hiss olunmuşdu. İran Seysmoloji Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri Həcdək bölgəsinin 37 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınmışdı. Yeraltı təkanların davam etdiyi fəlakət bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir. Zəlzələ nəticəsində, əyalətin Kuhək kəndində 122 ev zəlzələ tamamilə dağılmışdı.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar