SON XƏBƏRLƏR

İranın Kirman şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Kirman şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin bəluc fəallarına istinadən yaydığı xəbərə əsasən, İranşəhr şəhər sakini, 33 yaşlı müttəhim Ümid Daməni, aprelin 11-i sübh saatlarında Kirmanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar