SON XƏBƏRLƏR

İranın Kirman, Şiraz və Sənəbdəc şəhərlərində daha 4 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Kirman, Şiraz və Sənəbdəc şəhərlərində daha 4 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında, oğurluqda, cinsi təcavüzə cəhddə və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər dara çəkilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığı ittihamı ilə altı il əvvəl həbs edilən miliyyətcə bəluc olan məhkum Kamal Şəhbəxş aprelin 24-ü sübh saatlarında Kirman zindanında dara çəkilib.

 

Həmçinin iki il əvvəl oğurluqda və bir qadına cinsi təcavüzə cəhddə təqsirli bilinən və adları ixtisarla mediaya açıqlanan 2 məhkum aprelin 28-də Şiraz şəhərinin həbsxanasında dar ağacından asılıb.

 

Həmin gün, Sənəndəc zindanında daha 1 nəfər dara çəkilib. Əhməd İrani adlı məhkum, 10 il əvvəl Mərivan şəhərində iki kürd tayfası arasında baş verən kütləvi davada iki şəxsin qətlində günahlandırılıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

Məhkum Kamal Şəhbəxş

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar