SON XƏBƏRLƏR

İranın Kirmanşah şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Kirmanşah şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünazTV:İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər dar edam. Məhkum 6 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəb görə qətl törədən Hersin şəhər sakini, məhkum Cəfər Hüseyni aprelin 18-i sübh saatlarında Kiremanşah şəhərinin Dizelabad zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar