SON XƏBƏRLƏR

İranın Kiş adasına səfər edən Böyük Britaniyanın qadın müğənnisi Joss Stone saxlanılaraq ölkədən deportasiya edilib - VİDEO

2021.10.20, 07:36
İranın Kiş adasına səfər edən Böyük Britaniyanın qadın müğənnisi Joss Stone saxlanılaraq ölkədən deportasiya edilib - VİDEO

Gunaz.tv

GünazTV: İranın Kiş adasına səfər edən Böyük Britaniyanın qadın müğənnisi Joss Stone hava limanında bir gün saxlanıldıqdan sonra ölkədən deportasiya edilib.

 

Bu barədə, qadın müğənni özünün “İnstagram” səhifəsində iyulun 3-də məlumat yayıb.

 

O bildirib ki, dünya turu proqramının davamında İranın Kiş adasına səfər etsə də, hava limanının mühafizə qüvvələri tərəfindən saxlanılıb: “Mənim İranda konsert vermək niyyətim olmayıb. Əvvəlcədən bilirdim ki, İranda qadınların konsert verməsi qadağandır və qeyri-qanuni sayılır. Mənim səfər etdiyim ölkələrin siyasətini dəyişmək fikrim də yoxdur. Bunu Kiş adasının hava limanındakı təhlükəsizlik əməkdaşlarına da dedim və onları başa salmağa çalışdım. Lakin onlar mənim İranda konsert verməyəcəyimlə bağlı dediklərimə inanmadılar və məni bir gecə həbsdə saxladıqdan sonra ölkədən deprtasiya etdilər. Mən İranda zindana düşmək və ya başqalarının həyatını təhlükəyə salmaq istəmirəm” –deyə Joss Stone əlavə edib.

 

Qeyd edək ki, 31 yaşlı Joss Stone son illər dünyanın 175 ölkəsinə səfər edərək konsert verib. , həmçinin cari ilin aprel ayının əvvəllərində Şimali Koreya səfər edərək paytaxt Pxenyanda kiçik bir konsert verib.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar