SON XƏBƏRLƏR

İranın Kürdüstan Demokrat Partiyasının daha 1 üzvü silahlı hücumda qətlə yetirilib

2021.10.20, 07:36
 İranın Kürdüstan Demokrat Partiyasının daha 1 üzvü silahlı hücumda qətlə yetirilib

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan Demokrat Partiyasının daha 1 üzvü, naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib.

 

Hadisə, martın 30-u, sübh saat 06: 00 radələrində İraq Kürd Muxtariyyətinin Ərbil əyalətinin Soran bölgəsində baş verib. Naməlum silahlı şəxslər, İranın Kürdüstan Demokrat Partiyasının fəal üzvlərindən biri olan Əhməd Əmir Əmədiyə yaxın məsafədən bir neçə dəfə odlu silahdan atəş açıblar. Nəticədə bir neçə güllə yarası alan kürd fəal, yerindəcə həlak olub. Kimliyi bəlli olmayan hücumçular hadisə yerindən qaça biliblər.

 

Bildirilir ki, öldürülən kürd fəal, 8 il əvvəl İraq Kürdüstanına sığınmış və həmin vaxtdan orada yaşayaraq siyasi fəaliyyət aparırmış.

 

Xatırladaq ki, bu, son ay yarımda, İraq Kürdüstanında yaşayan və fəaliyyət aparan İranın Kürdüstan Demokrat Partiyasının üzvlərinə qarşı törədilən üçüncü silahlı hücumdur. Bu hücumlar nəticəsində, bir neçə iranlı kürd fəal öldürülüb, bir neçəsi yaralanıb. İranın müxalif kürd mənbələri isə, bu hücumların arxasında İran rejiminin olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar