SON XƏBƏRLƏR

İranın Kürdüstan Demokrat Partiyasının hərbi komandirlərindən olan Qadir Qadiri silahlı hücumda qətlə yetirilib

2021.10.20, 07:36
İranın Kürdüstan Demokrat Partiyasının hərbi komandirlərindən olan Qadir Qadiri silahlı hücumda qətlə yetirilib

Gunaz.tv

GünAzTV: İranın Kürdüstan Demokrat Partiyasının hərbi komandirlərindən olan Qadir Qadiri silahlı hücumda qətlə yetirilib.

 

Hadisə, martın 6-sı gecə saatlarında İraqın Kürdüstan Muxtariyyətinin Süleymaniyyə əyalətinin Raprin bölgəsində baş verib. Naməlum silahlı şəxslər, Balisan-Çarqurnə istiqamətində hərəkətdə olan Qadir Qadirinin avtomobilini odlu silahlardan atəşə tutublar. Nəticədə o, 20 güllə yarası alaraq yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaça biliblər.

 

Silahlı hücumdan az sonra olayla bağlı jurnalistlərə açıqlama verən Kürdüstan Demokrat Partiyası siyasi bürosunun üzvü Qadir Vərya deyib ki, bu hücumun arxasında İran hökuməti durur: “Qadir Qadirinin hər hansı bir şəxslə və ya qrupla düşmənçiliyi yox idi. Hesab edirik ki, bu terrorun arxasında bir mənalı olaraq İran İslam Respublikası durur. Biz, İran İslam Respublikasını devirməkdə ciddiyik. Biz, bu kimi təhdidlərlə demək olar ki, tez-tez rastlaşırıq. Lakin bütün təhdidlərə baxmayaraq, biz azadlığa və demokratiyaya çatana qədər mübarizəmizi davam etdirəcəyik”.

 

Qeyd edək ki, İranda yerli kürd xalqının milli hüquqları uğrunda silahlı mübarizə aparan əksər kürd partiya və qruplarının hərbi bazaları, İraqın Kürdüstan Muxtariyyətinin ərazisində yerləşir.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar