SON XƏBƏRLƏR

İranın Loristan əyalətində baş verən daşqın yüzlərlə kənd evinə ziyan vurub

2021.10.20, 07:36
İranın Loristan əyalətində baş verən daşqın yüzlərlə kənd evinə ziyan vurub

Gunaz.tv

GünazTV: İranın Loristan əyalətində yağan güclü yağışlar sel və daşqınlara səbəb olaraq çoxlu fəsadlara yol açıb.

 

Yayılan məlumatlara əsasən, son günlər əyalətdə davam edən intensiv yağıntılar bölgədə sel və daşqına səbəb olduğundan yüzlərlə kənd evinə ziyan dəyib, bir neçə şəhəri su basıb.

 

Fevralın 26-da bölgədə sel və daşqının yol açdığı fəsadlar barədə jurnalistlərə açıqlama verən Loristan əyalətinin Çegini şəhərinin fərmandarı Qurətulla Turabi Nəjad deyib ki, təbii fəlakət nəticəsində yüzlərlə kəndin yolları bağlanılıb, bəzi məntəqələrdə isə baş verən sürüşmələr yolların sıradan çıxmasına səbəb olub: “Daşqın nəticəsində Çegini məntəqəsində bir sıra körpülər dağılıb, əyalətin müxtəlif bölgələrində isə yüzlərlə kəndin yolları bağlanıb.

 

Daşqın həmçinin bir çox yerdə su, qaz və elektrik xətlərinin səradan çıxmasına gətirib çıxarıb, Məmulan şəhərində isə 2100 abonentin qazı tamamilə kəsilib” -deyə, Loristan əyalətinin Çegini şəhərinin fərmandarı Qurətulla Turabi Nəjad əlavə edib.

 

Loristanda baş vermiş daşqında insan tələfatının olub-olmadığını açıqlamayan Çegini fərmandarı, sel təhlükəsindən qurtarmaq üçün bir çox kənd sakinlərinin evlərini tərk etdiyini bəyan edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar