SON XƏBƏRLƏR

İranın Marağa şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Marağa şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış daha 1 məhkum edam edilib. Bu barədə İrandakı hüquq müdafiəçiləri məlumat yayıb.

 

Bildirilir ki, dörd il əvvəl maliyyə ixtilafına görə baş verən davada istəmədən qətl törədən Mərənd şəhər sakini, məhkum Cəfər Seyid Hüseyni, sentyabrın 22-si sübh saatlarında Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar