SON XƏBƏRLƏR

İranın Masal şəhərində axşam qonaqlığına qatılan daha 20 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranın Masal şəhərində axşam qonaqlığına qatılan daha 20 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: İranın Gilan əyalətinin Masal şəhərində axşam qonaqlığına qatılan və birlikdə şən anlar keçirən daha 20 qız və oğlan həbs edilib.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, yerli hüquq-mühafizə qüvvələri əməkdaşlarının qonaqlıq keçirilən evə hücumunda müəyyən qədər alkoqollu içkilər aşkarlanaraq götürülüb. 18-27 yaş arasında olan gənclər polis bölməsinə aparılıb. Hadisənin detalları və saxlanılan gənclərin polis bölməsində dindirildikdən sonra azadlığa buraxılıb-buraxılmadığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2005 nəfərdən çox qız və oğlan həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar