SON XƏBƏRLƏR

İranın Mazandaran əyalətində mikroavtobusun su kanalına yuvarlanması nəticəsində 29 nəfər bədən xəsarəti alıb

2021.10.20, 07:36
İranın Mazandaran əyalətində mikroavtobusun su kanalına yuvarlanması nəticəsində 29 nəfər bədən xəsarəti alıb

Gunaz.tv

GünAzTV: İranın Mazandaran əyalətində bir mikroavtobusun qəzaya uğraması nəticəsində 29 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hadisə, noyabrın 19-u günorta saatlarında Mazandaran əyalətinin Qohərbaran məntəqəsində, “Təbəqdə” kəndi yaxınlığında baş verib. Ətraf meyvə bağlarında çalışan 28 fəhlə qadını işdən sonra evlərinə daşıyan mikroavtobus, naməlum səbəbə görə, yol kənarındakı su kanalına yuvarlanıb. Qəza nəticəsində bütün sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar, olay yerinə gələn təcili tibbi yardım maşınları ilə xətəxanalara çatdırılıb.

 

Hadisənin səbəbləri araşdırılır.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar