SON XƏBƏRLƏR

İranın Mərkəzi Bankı Güney Azərbaycanda bölgəsəl bankının təsis edilməsi ilə razılaşmır

2021.10.20, 07:36
İranın Mərkəzi Bankı Güney Azərbaycanda bölgəsəl bankının təsis edilməsi ilə razılaşmır

Gunaz.tv

GünAz TV: Lazımi şərait mövcud olduğu halda Güney Azərbaycanda bölgəsəl bankın təsis edilməsinə imkan verilmir.

Bunun səbəbi İran Mərkəzi Bankının razılıq verməməsidir.

 

Təbriz Ticarət Palatasının rəisi Yunis Jaelə mövzu ilə bağlı “Əncümən Azərbaycan” saytına bildirib ki, hələlik Mərkəzi Bank bölgəsəl bankın təsis edilməsinə razılıq verməyib.

 

O yerli məsullar və ya millət vəkillərinin sözügedən bankın təsis edilməsi istiqamətində lobbiçilik etməsi məsələsinə də toxunub.

 

“Deputatların lobbiçilik etməsinə ehtiyac yoxdur. Bu barədə yalnız Mərkəzi Bank qərar verir, lakin hələlik razılıq verdiyinə dair heç bir açıqlama yoxdur.

Biz Azərbaycanda belə bir bankın təsis edilməsi ilə bağlı razılıq verilməsini gözləyirik. Bu baş verərsə, bankın yaradılması üçün lazımi şərait yaradılacaq.”- deyə Yunis Jaelə bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar