SON XƏBƏRLƏR

İranın Minab şəhərində daha 3 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Minab şəhərində daha 3 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Məhkumlar bir həftə əvvəl edam olunsa da, bu barədə məlumat yenicə yayılıb

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl baş verən kütləvi bir davada qətl törədən məhkum Əmir Əli Şadabi, eləcə də maliyyə ixtilaflarına qörə qətldə günahlandırılan məhkumlar Əli Kərimi və Məhəmməd Pərvayi, iyulun 14-ü sübh saatlarında Hormozqan əyalətinin Minab şəhərinin zindanında dara çəkiliblər. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar