SON XƏBƏRLƏR

İranın müdafiə naziri: “Bizim birinci prioritet məsələmiz raket mövzusudur”

2021.10.20, 07:36
İranın müdafiə naziri: “Bizim birinci prioritet məsələmiz raket mövzusudur”

Gunaz.tv

GünAzTV: İranın müdafiə naziri Əmir Hatəmi avqustun 18-də dövlət televiziyasına müsahibəsində islam respublikasının əsas prioritet məsələsindən və ölkədə istehsal edildiyi bildirilən yeni hərbi təyyarənin təqdimatından danışıb.

 

Nazir bildirib ki, İranın ballistik raket proqramı üzrə apardığı fəaliyyəti getdikcə artır: “Hazırda bizim birinci prioritet məsələmiz raket mövzusudur. Bu sahədə işlərimiz yaxşı qabağa gedir və biz digər strateji qabiliyyətlərə yiyələnməyə çalışırıq.

 

Bundan başqa biz ölkədə yeni bir hərbi təyyarənin istehsalına nail olmuşuq. Bu təyyarə, müxtəlif sınaq mərhələlərindən keçib və onun müdafiə sənayesi günündə uçuşunun şahidi olacağıq.  Bir sözlə, ölkə vətəndaşları bu hərbi təyyarənin uçuşunun və onun istehsalında istifadə olunmuş texniki avadanlıqların sərgilənməsinin şahidi olacaqlar”.

 

Qeyd edək ki, İran silahlı qüvvələri ölkəyə qoyulmuş geniş sanksiyalara görə Qərb ölkələrindən inkişaf etmiş qırıcılar ala bilmir. Hazırda İranın hava qüvvələrində istifadə edilən hərbi təyyarələrin əksəriyyətini 1979-cu ildən, yəni islam inqilabından əvvəl alınmış qırıcılar və son illər Rusiyadan alınmış köhnə qırıcı təyyarələr təşkil edir.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar