İran daxilindəki bəzi KİV-lər Tehran yaxınlığında “Dəməvənd”in “Absərd” bölgəsində İranın nüvə proqramının yüksək səviyyəli şəxslərindən biri olan “Möhsün Fəxrizadə Mahabadi”nin öldürüldüyünü bildirirlər.
Gunaz.tv
Radio və Televiziya qurumuna bağlı “Cavan” Jurnalistlər Klubu son xəbər buraxılışında onu "elmi araşdırma sahəsindəki ən nüfuzlu və yüksək səviyyəli elm adamlarından biri" olaraq xarakterizə etdi və hadisədən sonra "onu həyata qaytarmaq cəhdlərinin uğursuz olduğunu" yazdı.
Bu arada, “Fars” xəbər agentliyi bir reportajda “Möhsün Fəxrizadə”nin partlayış və atəş nəticəsində terrora məruz qaldığını , "Fəxrizadənin və digər yaralıların müalicəsi üçün səylərin davam etdiyini" yazdı.
“Fars”-ın verdiyi məlumata görə, hadisə "Absərddəkı Mustafa Xomeini Bulvarı"nda baş verib və toqquşma zamanı partlayış və güllə səsləri eşidilib.
Agentlikl sui-qəsd əməliyyatını həyata keçirən "üç-dörd nəfər"ın qarşıdurmada öldürüldüyünü bildirib.
Adı BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısında olan yüksək rütbəli İnqilab Keşikçiləri Korpusunun zabiti “Möhsün Faxrizadə, 2001-ci ildən bəri İranın nüvə proqramının "əsas fiquru" və "böyük müdir"lərindən biri kimi xarakterizə edilirdi.
Eyni halda o, "İranın nüvə proqramının sirli adamı" olaraq da tanınırdı. “Farin Palisi” jurnalı tərəfindən dünyanın 500 ən güclü simalarından biri olaraq adlandırılmışdı.
İlk dəfə 2004-cü ildə BMT-nin İranın nüvə proqramına dair qərarlarından birində onun adı "nüvə fəaliyyətində və ya ballistik raketlərdə iştirak edən" şəxs kimi xatırlanırdı.
İran mətbuatı onu "Müdafiə Nazirliyində çalışan alimi, Fizika Tədqiqat Mərkəzinin keçmiş direktoru" və ya "universitet professoru" təqdim edirdi.
2011-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi bir hesabatında Möhsün Fəxrizadəni İranda döyüş başlıqlarını yerləşdirmək üçün partlayıcı maddələr və raket avadanlığı sahəsində fəaliyyət göstərən "Amad" adlı bir proqramın icraçı direktoru olduğunu yazmışdı.
Məlumata görə, bütün bu fəaliyyətlər 2004-cü ilin sonunda demək olar ki, gözlənilmədən dayandırıldı və Fəxrizadə gizləndi.
Bir az öncə İran Müdafiə nazirliyi bir bəyanat yayaraq “Möhsün fəxrizadə”nin öldüyünü açıqladı. Bəyanatda bildirilib ki, ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Möhsün Fəxrizadə, həkimlər heyətinin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
C.E