SON XƏBƏRLƏR

İranın polis rəsmisi: “Son üç gündə baş verən yol qəzalarında ən azı 76 nəfər həlak olub”

2021.10.20, 07:36
İranın polis rəsmisi: “Son üç gündə baş verən yol qəzalarında ən azı 76 nəfər həlak olub”

Gunaz.tv

GünazTV: İranın yol polisinin rəisi Məhəmmədhüseyn Həmidi martın 20-də jurnalistlərə açıqlamasında Novruz bayramı ərəfəsində ölkədə baş verən çoxsaylı yol qəzalarından danışıb.

 

Polis rəisi bildirib ki, Novruz bayramının tətil günlərini digər şəhərlərdə keçirmək məqsədilə yola çıxan vətəndaşlar, baş verən yol qəzalarının əsas qurbanları olub: “Təəsüflər olsun ki, son üç gündə ölkənin müxtəlif yollarında baş verən avtomobil qəzalarında ən azı 76 nəfər ölüb, 1600 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanalara yerləşdirilib.

 

Hesab edirik ki, ölkəmizdə yol infrastrukturlarında standartlara uyğun islahatların aparılması və yolların güclü nəzarət sistemləri ilə təchiz edilməsi, yol qəzalarının sayının azalmasına, insan tələfatının minimuma endirilməsinə yardım edə bilər”- deyə Məhəmmədhüseyn Həmidi əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar